1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bunu Xaqani Məmmədovdan soruşun"
"FİFA hakimliyindən uzaqlaşdırımağımın səbəbini bilmirəm. Bunu Xaqani Məmmədovdan soruşun".
Bunu Sportnet.az-a açıqlamasında adı çimərlik futbolu üzrə 2018-ci il üçün təsdiqlənmiş FİFA hakimləri siyahısından çıxarılan Əfqan Həmzəyev deyib. Təcrübəli referi bildirib ki, onu beynəlxalq dərəcəli hakimlikdən kənarlaşdıran şəxs AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovdur:
"Bu barədə mənə heç nə deməyiblər. Heç özüm də səbəbini soruşası deyiləm".
Həmzəyev hazırda başqa sahədə - futzalda çalışdığını da vurğulayıb: "Artıq çimərlik futbolu üzrə beynəlxalq turnirlərə dəvət almayacağam. Amma müxtəlif ölkələrlə müqavilələrim hələ də davam edir. Həmin ölkələrdə çimərlik futbolu üzrə seminarlar və turnirlər təşkil edirəm. Ona görə də bu məsələ mənim üçün elə də böyük əhəmiyyət kəsb etmir".