"Öncə bütün azərbaycanlıları təbrik etmək istəyirəm. Bizim üçün ən əsası həmrəy olmaqdı. Xalqımıza əmin-amanlıq arzulayıram. İnsanlarımız xoş günlər keçirib, mehriban yaşasınlar.
Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in futbolçusu Şəhriyyar Rəhimov Gəncə klubunun rəsmi saytında komandanın futbolçuları əlamətdar bayramlarda xalqımıza, eləcə də özlərinə nə arzulayırlar? sualını cavablandırarkən deyib.
"Təqvimdə köhnə il yerini yeni ilə təhvil verir. Ümid edirəm ki, 2018-ci il hamımız üçün uğurlu alınacaq. Xüsusən də "Kəpəz”in uğurlu çıxışına ümid bəsləyirəm. Bunu hamımız istəyirik. 2017-ci ilin sonu bizim üçün yaxşı keçmədi. Azarkeşləri sevindirə bilmədik, inşallah, gələn il "Kəpəz”in ili olar. Əsas arzularımız budu. Bunun reallaşması üçün çox çalışmalıyıq. Şəxsi planda demək olar ki, bütün arzularım həyata keçib. Nə istəmişəmsə, qismət olub. İndi ön sırada komandamızdı”.