"Qəbələ”nin sabiq futbolçusu Teo Uiks karyerasını Livanda davam etdirəcək.
Sportnet.az xəbər verir ki, 27 yaşlı liberiyalı yarımmüdafiəçi Premyer Liqada mübarizə aparan "Əl-Ansar”la anlaşıb.
Cari mövsümün ilk yarısını Kiprin "Ermis” klubunda keçirən futbolçu ilə müqavilənin detalları barədə məlumat verilmir.
Qeyd edək ki, Uiks 2016/17 mövsümündə "Qəbələ”də çıxış edib.