1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Asif Məmmədov: "Ağır məşqlərin olması təbiidir"
"Hazırlıq prosesinin iki günü arxada qalıb. Toplanışın ilk günləri ağır olur. Bu da həmişə təsadüf olunan haldır. Çünki komanda istirahətdən dönüb".
Sportnet.az xəbər verir ki, bunu "Qəbələ"nin futbolçusu Asif Məmmədov Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışının ilk günlərini klubun rəsmi saytına dəyərləndirərkən deyib. Təcrübəli yarımmüdafiəçinin fikrincə, get-gedə hər şey qaydasına düşəcək: "Bir az çalışıb, yoxlama oyunları keçirdikdən sonra komandanın fiziki durumu yüksəlib, öz əvvəlki vəziyyətinə çatacaq. Bu üzdən də yaxşı hazırlaşmalıyıq. Çünki qarşıda bizi çətin oyunlar gözləyir. Məşqlərin o qədər də ağır keçdiyini demək olmaz. Baş məşqçi də hər şeyi nəzərə alıb, yükləmələri tədricən artırır. Ağır məşqlərin olması təbiidir. Belə ağır məşqlər olmalıdır ki, sonra özümüzü daha yaxşı, daha rahat hiss edək”.
Mövsümün ilk yarısı barədə də danışan Məmmədov Topaz Premyer Liqası və Azərbaycan Kubokundakı çıxışlarını müsbət qiymətləndirib: "Mövsümün arxada qalan hissəsindəki çıxışımızı yaxşı hesab edirəm. Düzdür, bəzi oyunlarda uduzmamalı olduğumuz halda, məğlubiyyətlə üzləşdik. Amma futbolda belə hallar olur. Ümumilikdə, ilk iki dövrədəki çıxışımız normal sayılır. Həm kubokda mübarizəni davam etdiririk, həm də çempionatda şanslarımızı qoruyuruq”.