Almaniyanın "Bavariya" komandası "Alyans Arena"da üçüncü divizion komandası "Zonnenhof Qrossaşpax"ı yoxlama oyununda qəbul edib.
Sportnet.az-ın məlumatına görə, Yupp Haynkesin komandası rəqibinə 5:3 hesabı ilə qalib gəlib. "Bavariya"nın heyətində 34 yaşlı Frank Riberi het-trik müəllifi olub. Fransalı yarımmüdafiəçi 11 dəqiqə ərzində 3 qol vurub.
"Bavariya" yanvarın 12-də Almaniya Bundesliqası matçında "Bayer"lə görüşəcək.