"Qəbələ" klubu baxışda olan Kayke Vercilio da Silvanı bu gün Türkiyənin "Akhisar Bələdiyyəspor” yoxlama matçında sınaqdan keçirib.
Sportnet.az-ın məlumatına görə, ikinci hissədə meydançaya daxil olan braziliyalının oyunu barədə klub qəti qərara gəlməyib. Qərara alınıb ki, Vercilio növbəti yoldaşlıq matçında sınaqdan keçirilsin.
Qeyd edək ki, 21 yaşlı braziliyalı hücumçu "Korintians”ın yetirməsidir və son olaraq ölkəsinin "Santos” klubunda çıxış edib.