1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Luçeskunun keçmiş köməkçisi Moldova millisində
Futbol üzrə Azərbaycan millisi ilə yoldaşlıq görüşündə üz-üzə gələcək Moldova yığmasının baş məşqçisi müəyyənləşib. Sportnet.az-ın Moldova Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Aleksandr Spiridonla 1+1 sistemi üzrə müqavilə imzalanıb.
58 yaşlı mütəxəssisə Andrey Martin və qapıçılarla işləyən məşqçi kimi Sergey Botnaraş yardımçı olacaq. Daha 2 məşqçinin adı isə yaxın vaxtlarda açıqlanacaq.
Təlim-məşq toplanışına yanvarın 13-də başlayacaq Moldova yığması yanvarın 27-də Cənubi Koreya, yanvarın 30-da isə Azərbaycan milliləri ilə qarşılaşacaq. Hər iki görüş Türkiyənin Antalya bölgəsində baş tutacaq.
Qeyd edək ki, Aleksandr Spiridon əvvəllər də Moldova yığmasında çalışıb. Onun 2001-ci ilə təsadüf edən debüt matçında məhz Azərbaycan yığması üzərində 2:0 hesablı qələbə əldə olunub. Spiridon Moldovanın gənclər yığmasında, yerli "Tiliqul", "Nistru", "Zimbru" klublarında da çalışıb. Təcrübəli mütəxəssis 2004 - 2016-cı illərdə Ukrayna "Şaxtyor"unda, 2016-cı ilin mayından 2017-ci ilin mayınadək isə Rusiya "Zenit"ində baş məşqçi Mirça Luçeskunun köməkçisi olub. Hazırda Luçesku Türkiyə yığmasına rəhbərlik edir.