"Qəbələ" klubu baxışda olan Kayke Vercilio da Silvanının oyununu bəyənməyib.
Klubdan Sportnet.az-a verilən məlumata görə, 21 yaşlı braziliyalı hücumçunun çıxışı məşqçilər heyətini qane etməyib. Nəticədə "sambaçı"nın göndərilməsinə qərar verilib.
Qeyd edək ki, "Qəbələ" klubu Vercilionu Türkiyənin "Akhisar Bələdiyyəspor” klubuna qarşı yoxlama matçında sınaqdan keçirib. Sözügedən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.