1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Atırau" əvəzinə ikitərəfli görüş
"Qəbələ” Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışının 10-cu gününü iki məşqlə tamamlayıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, futbolçular günün ilk yarısında fitnes zalında çalışıblar. Onlar iki qrupa bölünərək fiziki hazırlıq təmrinlərini yerinə yetiriblər. Axşam məşqində "qırmızı-qaralar” toplu çalışmalara üstünlük veriblər. Roman Qriqorçukun baş məşqçi olduğu kollektivin hazırlıq prosesi ikitərəfli oyunla yekunlaşıb.
Qeyd edək ki, "Qəbələ" bu gün Qazaxıstan "Atırau"su ilə yoxlama oyunu keçirməli idi. Lakin görüş rəqibin imtinası üzündən baş tutmayıb.