
"Keşlə” klubu qış fasiləsində heyətinə cəlb etdiyi futbolçularla münasibətlərini rəsmiləşdirib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi qapıçı Kamran Ağayev, müdafiəçi Məqsəd İsayev və argentinalı orta xəttə oyunçusu Pablo Podio və hücumçu Vaqif Cavadovla altı aylıq müddətinə müqavilə bağlayıb.
Kamerunlu yarımmüdafiəçi Herve Tchami isə bir illik sözləşməyə imza atıb.