Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin hazırlıq prosesinə daha 4 futbolçu qoşulub.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Mahir Mədətov, Ramil Şeydayev, Murad Xaçayev və Qismət Alıyev Rəşad Sadıqovun sərəncamına verilib.
Qeyd edək ki, Şeydayevlə Mədətov "Qarabağ"da Sadıqovun komanda yoldaşıdır. Alıyev "Qəbələ"nin, Xaçayev isə Ukrayna "Şaxtyor"unun üzvüdür.