"Səbail"in futbolçusu Elman Taqayev klubun rəsmi "Facebook" səhifəsindəki "On sual" rubrikasının növbəti qonağı olub. Sportnet.az türkmənistanlı yarımmüdafiəçinin müsahibəsini təqdim edir...
- Futbola gəlişiniz necə oldu?
- Mənim futbolçu olmağımda əsas rolu atam oynayıb. Deyərdim ki, bu, onun gerçəkləşən arzusudur.
- Karyeranızda əsas oyun və ya ən yaddaqalan epizod hansıdır?
- Yaddaqalan epizod çox olub. Birini seçməli olsam, "Səbail” – "Neftçi” qarşılaşmasının 90-cı dəqiqəsində vurduğum qələbə qolunu qeyd edərdim.
- Futbolda kumiriniz kimdir?
- Messi.
- Bəs hobbi və maraqlarınız?
- Film izləməyi sevirəm.
- Ən sevdiyiniz film hansıdır?
- "Mən əfsanəyəm" filmi.
- Həyatınızın əsas qaydası nədir?
- Hər zaman ailəmlə olmaq.
- İnsanlarda ən çox nəyə dəyər verirsiniz?
- Ən vacib xüsusiyyət bütün situasiyalarda insani keyfiyyətləri saxlamaq bacarığıdır.
- Karyeranızda əsas məqsədiniz nədən ibarətdir?
- Gələcəkdə həm mənim, həm də uşaqlarımın xatırlaya biləcəyi yaxşı futbolçu olmaq. Bu, o qədər də asan deyil, ancaq mənim məqsədimdir.
- Gənc futbolçulara nəyi məsləhət görərdiniz?
- Öz üzərlərində işləmək, hər zaman məşq etmək. Biz hamımız bunlardan keçmişik və bilirik ki, öz üzərində yaxşı işləyən futbolçu məqsədinə çatacaq.
- Azarkeşlərə müraciətiniz nədir?
- Onlardan həmişə dəstək gözləyirik. Oyunun nəticəsindən asılı olmayaraq, dəstəkləri və yanımızda olmaları bizim üçün çox vacibdir.