1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
UEFA Bıstrovun oğurlanmış medalını yenisi ilə əvəzlədi
UEFA Rusiya yığmasının sabiq futbolçusu Vladimir Bıstrovun oğurlanmış medalını yenisi ilə əvəzləyib.
Sportnet.az "Sport-Ekspress”ə istinadən xəbər verir ki, qitə futbol qurumu 2008-ci il Avropa çempionatında 34 yaşlı yarımmüdafiəçiyə təqdim edilən bürünc medalın eynisini hazırlayıb.
Medal yanvarın 24-də İsveçrənin Lozanna şəhərində Millətlər Kubokunun püşaktmasında iştirak edəcək Rusiya Futbol İttifaqının nümayəndələrinə təqdim olunacaq.
Qeyd edək ki, Rusiya millisi 2008-ci ildə Avstriya və İsveçrədə keçirilmiş Avropa çempionatının yarımfinalında İspaniya yığmasına 0:3 hesabı ilə uduzaraq bürünc medalla kifayətlənib. Bıstrov hazırda vətənində "Tosno" klubunun formasını geyinir.