Bu gündən Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışına start verən "Sumqayıt" komandası axşam məşqi ilə günü yekunlaşdırıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda Samir Abasovun rəhbərliyi altında günün ikinci məşqini fitness zalında keçirib. Təxminən 1 saat davam edən çalışma müxtəlif hərəkətlərlə başa çatıb.
Qeyd edək ki, "Sumqayıt" Antalya toplanışının ikinci günündə də iki məşqlə kifayətlənəcək.