Türkiyənin "Sivasspor” klubu Braziliya millisinin sabiq üzvü Robinyo ilə rəsmi müqavilə imzalayıb.
Sportnet.az-ın məlumatına görə, müqavilə müddəti 1.5 illik nəzərdə tutulub. Robinyoya bu müddət ərzində 2 milyon avro ödənəcək.
Təcrübəli futbolçunun yeni komandası ilə baş tutan imza mərasimində ilk cümləsi "Merhaba Qardaş" olub.