1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Çelsi" Bakıda "Qarabağ"a qol vuran futbolçunu transfer edir
İngiltərənin "Çelsi” klubu İtaliya təmsilçisi "Roma”nın futbolçusu Edin Cekonu heyətinə qatacaq.
Sportnet.az "Corriere dello Sport”a istinadən xəbər verir ki, 32 yaşlı forvardın keçidinin yanvarın 25-də elan ediləcəyi gözlənilir.
London klubunun Bosniya və Herseqovina yığmasının üzvü ilə uzun müddətli müqavilə bağlayacağı və ona ildə 8 milyon avro maaş verəcəyi bildirilir.
Qeyd edək ki, Edin Ceko 2016-cı ildə İngiltərənin "Mançester Siti” klubundan "Roma”ya keçib. O, italiyalıların Çempionlar Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində "Qarabağ”ı Bakıda 2:1 hesabı ilə məğlub etdiyi matçda ikinci qolu vurub. Hazırda Bosniya və Herseqovina millisinə Azərbaycan yığmasının sabiq baş məşqçisi Robert Prosineçki rəhbərlik edir.