1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Baş məşçisiz Kosovo Azərbaycan millisini favorit sayır
UEFA Millətlər Liqasında Azərbaycan millisi ilə eyni qrupda yer alan Kosovo yığmasının baş məşqçisi yaxın bir ay ərzində müəyyənləşəcək.
Sportnet.az "SuperSport Kosova”ya istinadən xəbər verir ki, bu barədə Kosovo Futbol Federasiyasının prezidenti Fadil Vokri bildirib. Onun sözlərinə görə, hazırda namizədləri gözdən keçirirlər: "Əvvəlcə qrup barədə danışaq. Dəqiq olan bir şey yoxdur, yalnız mülahizələrdir. Baş məşqçi məsələsinə gəlincə, təyinat fevralda baş tutacaq. Namizədlər var. Bəzi detalları öyrənmək lazımdır”.
F.Vokrinin fikrincə, D liqasında III qrupun ən yaxşısı Azərbaycan yığmasıdır. Buna rəğmən, maksimum nəticə qazanmaq üçün əllərindən gələni edəcəklərini vurğulayan prezident deyib ki, Kosovo millisi Malta və Farer adalarından daha keyfiyyətli komandadır: "Oyunlar asan keçməyəcək. Lakin komandaların keyfiyyətlərinə baxsaq, Azərbaycanla rəqabət aparmalı olacağımızı söyləməliyəm. Yaxşı hazırlaşmalıyıq və məqsəd yalnız qrup birinciliyi olmalıdır”.
Qeyd edək ki, D Liqasında mübarizə aparacaq Azərbaycan millisi Malta, Kosovo və Farer adaları yığmaları ilə birgə III qrupda yer alıb. Kosovo kollektivinə müvəqqəti olaraq Muharrem Sahiti rəhbərlik edir.