
Türkiyə Kubokunun 1/4 final mərhələsində Azərbaycan milli komandasının üzvü Deniz Yılmazın çıxış etdiyi "Gənclərbirliyi” doğma meydanda "Beşiktaş”la üz-üzə gəlib.
Sportnet.az-ın məlumatına görə, ilk qarşılaşmada rəqibinə 1:3 hesabı ilə məğlub olan paytaxt klubu bu görüşdə 0:1 hesabı ilə uduzub. İstanbul təmsilçisinin heyətində yeganə qolu matçın 25-ci dəqiqəsində Mustafa Pektemek vurub.