1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanov qol vurduğu daha bir yığmaya qarşı
Azərbaycan milli komandası Belarus yığması ilə tarixində üçüncü dəfə yoldaşlıq görüşündə üz-üzə gələcək. Sportnet.az-ın məlumatına görə, ilk qarşılaşma 1996-cı il mayın 27-də Belarusun Molodeçno şəhərində təşkil olunub.
2:2 hesablı heç-heçə ilə yekunlaşmış qarşılaşmada Azərbaycan yığmasının qollarını Ruslan İdiqovla hazırda millinin baş məşqçisi olan Qurban Qurbanov vurub.
2001-ci il fevralın 26-da Bolqarıstanın Albena şəhərindəki təlim-məşq toplanışına təsadüf edən matçda isə millimiz qalib gəlib - 1:0.
İki komanda arasındakı üçüncü qarşılaşma martın 23-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
Qeyd edək ki, İqor Kriuşenkonun baş məşqçi olduğu komanda Bakıdan sonra Lyublyanaya səfər edərək, martın 27-də Sloveniya ilə də yoldaşlıq oyununa çıxacaq. Azərbaycan millisi isə həmin gün Türkiyənin Antalya bölgəsində Makedoniya ilə üz-üzə gələcək. İyunun 9-da isə Qurban Qurbanov futbolçu olduğu vaxt qol vurduğu Latviya yığması ilə səfərdə baş məşqçi qismində üz-üzə gələcək.