
"Barselona" klubu futbol üzrə İspaniya Kubokunda ikinci finalçı olub.
Sportnet.az-ın məlumatına görə, Kataloniya təmsilçisi yarımfinal mərhələsinin cavab görüşündə səfərdə "Valensiya"nı 2:0 hesabı ilə üstələyib. Bu komandalar arasındakı ilk oyunda "Barselona" 1:0 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, "Barselona" finalda "Sevilya" ilə qarşılaşacaq.