İtaliya A Seriasının 24-cü turunun açılış matçında "Yuventus" səfərdə "Fiorentina" ilə üz-üzə gəlib. 
Sportnet.az-ın məlumatına görə, qarşılaşma qonaqların 0:2 hesablı qələbəsi ilə başa çatıb. Matçın birinci hissəsində qapılara qol vurulmayıb.
 
Görüşdə hesab 56-cı dəqiqədə açılıb. Bernardeski cərimə zərbəsinini dəqiq yerinə yetirib. Görüşün 86-cı dəqiqəsində isə Qonzalo İquain oyunda son nöqtəni qoyub. 
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 62-ci çatıran "Yuventus" turnir cədvəlində birinci pilləyə yüksəlib. Turin təmsilçisindən bir oyun az keçirən "Napoli" isə 60 xalla ikincidir. 









                 




    
    
    
    
    
    
    
    
    


























































