"Atletiko" İspaniya La Liqasının 23-cü turunda səfərdə "Malaqa" ilə üz-üzə gəlib. 
Sportnet.az-ın məlumatına görə, qarşılaşma Madrid təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.
Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 52-yə yüksəldən "Atletiko" turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Madrid klubu bir oyun az keçirən "Barselona"dan 6 xal geri qalır. 









                 





    
    
    
    
    
    
    
    
    

























































