Rusiyanın MOİK komandasının azarkeşi Serbiyanın paytaxtı Belqradda "Srvena Zvezda" ilə Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunundan əvvəl dünyasını dəyişib.
Sportnet.az-ın məlumatına görə, şəxsiyyəti hələlik müəyyənləşməyən fanat ürək tutmasından keçinib. Hadisənin hər hansı toqquşma ilə əlaqədar olmadığı bildirilir.
Qeyd edək ki, bu gün Belqraddakı "Rayko Mitiç" stadionunda keçiriləcək "Srvena Zvezda" - MOİK matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Cavab görüşü fevralın 21-də Moskvadakı "MOİK Arena"da olacaq.