1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan Kubokunun finalı ilə bağlı şad xəbər
Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovla Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev arasında görüş keçirilib.
Sportnet.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, işgüzar görüş zamanı millinin qarşıdakı oyunlarının təqvimi müzakirə edilib. Qərara alınıb ki, yığmanın 29 mayda Qırğızıstanla yoldaşlıq görüşü keçirəcəyinə baxmayaraq, Azərbaycan Kubokunun final görüşünün vaxtında hər hansı bir dəyişiklik edilməsin.
Yəni, Azərbaycan Kubokunun 2017/2018-ci illər mövsümünün final oyunu əvvəlcədən nəzərdə tutulduğu kimi 28 may Respublika günündə baş tutacaq.
Millinin mart toplanışı və 11 aprel Prezident seçkiləri ilə əlaqədar olaraq futbol təqvimində müəyyən dəyişiklik ediləcək.