
İtaliya A Seriyasının 25-ci turunda "Roma" səfərdə "Udineze" ilə üz-üzə gəib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma qonaqların 0:2 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə hesabı türkiyəli futbolçu Gengiz Ünder açıb. O, 70-ci dəqiqədə komandasını hesabda önə çıxarıb. Matçın 90-cı dəqiqəsində isə Dieqo Perotti fərqi iki topa çatdırıb.
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 50-ə çatdıran "Roma" 3-cü pillədə qərarlaşıb.