
"Neftçi" "Qarabağ veteranları"nın qapısından 21 top keçirib - 21:3. "Xəzər Adaları" "Ekol" üzərində qələbə qazanıb - 3:1. Lider uğrunda yarışan "Fənər"sə iddialı "Araz"la qarşılaşıb. Çempionatın 2-ci turu çərçivəsində postunu tərk edib Qazaxıstana qaçan Joze Alesionun komandasına növbəti şoku "Fənər" yaşadıb. Elşad Quliyevin komandası son illərin dəyişməz çempionunu 4:3 hesabı ilə yenib.
Dramatik keçən görüşdə hesabı "Araz"dan Ramiz Çovdarov açıb və ilk yarı elə 1:0 başa çatıb. İkinci hissənin 2-ci də-qiqəsində isə "Fənər" Dmitri Kamekonun qolu ilə hesaba tarazlıq gətirib, 4 dəqiqə sonra Vitali Borisov komandasını hesabda önə keçirib. Son 8 dəqiqədə qapılara daha 4 qol vurulub. "Araz" 1:2-dən və 2:3-dən sonra özündə güc tapıb hesabı bərabərləşdirib. Çovdarov naxçıvanlıların 2-ci qolunun müəllifi olub. Yevgeni Valeko 34-cü dəqiqədə "Fənər"i hesabda yenidən önə ke-çirsə də, az sonra Borisovun avtoqolu ilə 3:3 qeydə alınıb. Ancaq matçın başa çatmasına 1 dəqiqə qalmış İldar Makayev çempionu təslim olmağa vadar edib.