
Karlo Ançelotti İtaliyanın "Napoli" komandasına baş məşqçi təyin olunub.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 58 yaşlı mütəxəssislə 3 illik müqavilə bağlanılıb. Ançelotti bu postda Mauritsio Sarrini əvəzləyib. Sarri Neapol komandasına 2015-ci ildən rəhbərlik edirdi.
2017-2018 mövsümündə "Napoli" A Seriyasında 91 xalla 2-ci yeri tutub. Bu komanda çempion "Yuventus"dan 4 xal geri qalıb.
Qeyd edək ki, Karlo Ançelotti əvvəllər İngiltərənin "Çelsi", İspaniyanın "Real Madrid", İtaliyanın "Milan", Fransanın PSJ və Almaniyanın "Bavariya" klublarında baş məşqçi olub.