
Avro-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya yığması ilə qarşılaşacaq milli komandamızın açıq məşqinin vaxtı məlum olub. Sportnet.az-ın məlumatına görə, Berti Foqtsun komandası bu gün Bakı vaxtilə saat 16:00-da məşqə çıxacaq.
Palermo şəhərindəki "Renzo Barbera” stadionunda keçiriləcək oyuna hazırlaşan millimizin "Centro Universitano Sportivo Palermo/CUS Palermo” stadionundakı məşqinin ilk 20 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq təşkil olunacaq.
Qeyd edək ki, Berti Foqts Bakı vaxtilə saat 15:30-da "NH Palermo Hotel"də mətbuat nümayəndələrinin suallarını cavablandıracaq.