1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Maksim Medvedev: "Bu görüşün favoriti Qazaxıstandır" - MÜSAHİBƏ
Azərbaycan milli komandasının kapitanı Maksim Medvedev iyunun 5-də səfərdə Qazaxıstan yığması ilə keçirəcəkləri yoldaşlıq görüşü ərəfəsində sports.kz saytının suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Bütün karyeranızı "Qarabağ"da keçirmiş futbolçu kimi baş məşqçi Qurban Qurbanovun hansı futbol fəlsəfəsinə əsaslandığını deyə bilərsiniz?
- "Qarabağ"da 12, Qurban Qurbanovun rəhbərliyi altında isə 10 ildir çıxış edirəm. Bu mütəxəssisin özünəməxsus fəlsəfəsi var. O, intizamlı oyun tərəfdarıdır, topa daha çox sahib olmağı və kombinasiyalı oyun qurmağı sevir.
- Sizcə, nəyə görə AFFA yoldaşlıq görüşü üçün məhz Qazaxıstanı seçib?
- Qazaxıstan yığması - yaxşı komandadır, baxımlı oyun sərgiləməyi sevir, yaxşı müdafiə olunur və hücumda effektlidir. Biz hətta hardasa oxşarıq.
- Hazırda Qazaxıstan millisinin gücünü necə dəyərləndirirsiniz?
- Bu komanda yüksək səviyyədə oynamağa qadirdir. Aydındır ki, Millətlər Liqasına nə isə saxlamaqdan ötrü yoldaşlıq görüşündə çox şey ortaya qoyulmur.
- Qazaxıstan yığmasındakı hansısa futbolçunu tanıyır və heyətdən kimisə fərqləndirə bilərsinizmi?
- Şəxsən heç kimi tanımıram. Amma son görüşümüzdən bəzi futbolçuları, xüsusən, fərdi oynadıqlarımı xatırlayıram. Komandanız kollektiv oyun sərgilədiyindən, kimisə ayıra bilmirəm.
- Qazaxıstana qarşı iki matçda iştirak etmisiniz. Bu komandada hansı güclü və zəif cəhətləri qeyd edərdiniz?
- Rəqibimiz müdafiədən hücuma yaxşı keçir, oyunboyu aqressiv hərəkət edir. Lakin mən bu komandanın hazırda hansı səviyyədə olduğunu bilmirəm. Son illər necə dəyişdiyini qarşıdakı görüş göstərəcək.
- Qazaxıstan və Azərbaycanı təqribən eyni səviyyəli komandalar adlandırmaq olar?
- Fikrimcə, bəli. Bu komandaların gücünü müqayisə etmək olar. Fərq yalnız məşqçi fəlsəfələrindədir.
- Azarkeş dəstəyini nəzərə alaraq, Qazaxıstanın favorit olduğunu demək mümkündür?
- Əlbəttə, Qazaxıstan matçın favoriti olacaq. Çünki doğma divarlar komandanı dəstəkləyəcək.
- Qələbə Azərbaycan yığması üçün prinsipial əhəmiyyət kəsb edirmi?
- Hamı kimi biz də hər bir oyunda qalib gəlmək istəyirik. Bu, yoldaşlıq görüşü də, rəsmi matç da ola bilər. Qələbə komandanın döyüş ruhunu yüksəldir.
- Qazaxıstanın UEFA Millətlər Liqasındakı şanslarını necə dəyərləndirərdiniz?
- Bizim kimi, Qazaxıstanın da irəliləmək şansı var. Lakin öz işini büdrəmədən görmək lazımdır. Hər iki komanda qrupdan çıxa bilər. Əsas məsələ bütün rəqiblərə hörmətlə yanaşmaq, öz oyununu ortaya qoymaq və baş məşqçinin tapşırıqlarını yerinə yetirməkdir. Qazaxıstana Millətlər Liqasında uğurlar arzulayıram.