"Barselona"nın keçmiş prezidenti Sandro Rossell maraqlı açıqlaması ilə diqqəti çəkib. Sportnet.az-ın Marca-ya istinadən məlumatına görə, Kataloniya klubunun keçmiş bossu Neymarın dostları üçün 300 min avro xərcləyib.
Klub rəhbəri müsahibəsində bildirib ki, bu məbləğə görə peşman deyil: "Bilirsiniz, qətiyyən təəssüflənmirəm. Neymar təqdimatdan qabaq bildirdi ki, dostlarını yanında görmək istəyir, mən də 300 min avro ayırıb onun dostlarını təyyarə ilə İspaniyaya gətizdirdim. Bu cür futbolçuya görə belə məbləğ hələ çox azdır".
Qeyd edək ki, katalonlar Neymara görə Braziliyanın "Santos" klubuna 57 milyon avro ödəyiblər.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |