Türkiyənin "Fənərbağça" klubu futbolçusu Fernandao ilə yollarını ayırıb.
Sportnet.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, 31 yaşlı braziliyalı hücumçu karyerasını Səudiyyə Ərəbistanının "Əl Vəhda" klubunda davam etdirəcək.
Qeyd edək ki, Fernandao 2015-ci ildən "Fənərbağça"da çıxış edir. "Əl Vəhda" daha öncə türkiyəli futbolçu Emre Çolakı da heyətinə qatıb.