"Azərbaycan millisi ilə oyunda bizə çox çətin oldu. Biz güclü yox, çox müdafiə olunan komanda ilə qarşılaşdıq". Sportnet.az-ın məlumatına görə, bunu İtaliya yığmasının hücumçusu Simone Zaza yığmamızı 2:1 hesabı ilə yendikləri AVRO-2016-nın seçmə qrup matçından sonra deyib.
O, Norveçlə əvvəlki qarşılaşmada olduğu kimi qol vura bilməməyinə təəssüflənsə də, ruhdan düşmədiyini bildirib. Zaza son zamanlar yaxşı formada olmadığını və nəyə qadir olduğunu göstərə bilmədiyini əlavə edib.
"Sassuolo"da çıxış edən forvard veteran futbolçu Andrea Pirlo barədə də danışıb: "Atam mənə Pirlo ilə birgə oynayacağımı deyəndə "Bilirəm!" cavabını verdim. Bunadək Pirlo ilə heç vaxt görüşməmişdim. Yalnız televiziya vasitəsilə oyununa baxmışdım. Eyni situasiya yığmadakı komanda yoldaşlarımın çoxu ilə də baş vermişdi".
Qeyd edək ki, Azərbaycan yığması ilə görüşdə hər 3 qolu Corco Kyellini vurub. Təcrübəli müdafiəçi qollardan 2-ni millimizin, 1-ni öz qapılarından keçirib.