"Qarabağ" klubu yeni transferini təqdim etmək üçün qeyri-adi üsula əl atıb.
Sportnet.az-ın məlumatına görə, klub rəsmi "Facebook" səhifəsi vasitəsilə maraqlı paylaşım edib. Həmin paylaşımda deyilir: "Yeni transferimizi videoyla təqdim etməyə ehtiyacımız yoxdur, çünki siz hər gün dünya çempionatını izləyirsiniz".
Fotolar və şərhlərdən belə anlaşılır ki, həmin oyunçu DÇ-2018-in ilk turunda Argentina yığmasının kapitanı Lionel Messinin penalti zərbəsini dəf edən İslandiya yığmasının qapıçısı Hannes Tor Haldorssondur.
Haldorsson 2016-ci ildən Danimarkanın "Rander" kluhbunda çıxış edir.
Qeyd edək ki, Türkiyənin "Göztepe" klubu da Seneqal yığmasının futbolçusu Lamin Qassama transferini eyni formada təqdim edib.