
Berti Foqtsu optimal heyət formalaşdıra bilməməkdə ittiham edən Böyükağa Hacıyev bu dəfə susdu. Sportnet.az-ın məlumatına görə, "Neftçi"nin sabiq baş məşqçisi bu dəfə millimizin İtaliya ilə oyunu haqda danışmaqdan boyun qaçırdı.
Alman həmkarını adətən tənqid edən "Zəif" yekun fikirlərini Xorvatiya ilə oyundan sonra açıqlayacaq: "Heç nə demək istəmirəm. Oyuna baxdım? Çox maraqlı sual verdin, bu oyunu gözdən qaçırmaq olar heç? Qoy, Xorvatiya ilə də oynasınlar, ondan sonra danışıb müzakirə edərik".
Qeyd edək ki, Hacıyev "Xəzər Tv"də efirə gedən "Futbol saatı" verilişində demişdi ki, Foqts 6-7 ilə hələ normal "11-lik" müəyyənləşdirə bilməyib.