Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiya yığması ilə qarşılaşacaq milli komandamızın açıq məşqinin vaxtı məlum olub. Sportnet.az-ın məlumatına görə, Berti Foqtsun komandası bu gün Bakı vaxtilə saat 22:00-da məşqə çıxacaq.
"Gradski vrt” stadionunda keçiriləcək məşqin ilk 20 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq təşkil olunacaq.
Berti Foqts Bakı vaxtilə saat 15:30-da "Osiyek" otelinin "Hrast"zalında mətbuat nümayəndələrinin suallarını cavablandıracaq. 18:00-da isə ev sahiblərinin baş məşqçisi Niko Kovaçın mətbuat konfransı keçiriləcək. Konfransdan 30 dəqiqə sonra isə Xorvatiya millisinin "Gratski vst" stadionunda açıq məşqi baş tutacaq.
Qeyd edək ki Xorvatiya - Azərbaycan matçı 13 oktyabr Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.