"Dünyanın ən yaxşı futbolçusu nə Kriştiano Ronaldo, nə də Lionel Messidir". Sportnet.az-ın məlumatına görə, bu sözləri mətbuata açıqlamasında Portuqaliyanın əfsanəvi futbolçusu Luiş Fiqu deyib.
O, dünyanın ən yaxşı futbolçusu özü olduğunu bildirib: "Dünyanın ən yaxşısı mənəm. Məşqçi olsaydım, Ronaldo və Messinin komandamda oynamasını istərdim. Çünki hər ikisi eyni səviyyədə olan futbolçulardır".
Qeyd edək ki, "Barselona", "İnter", "Real Madrid", "Sportinq" kimi klublarda çıxış edən Fiqu 2009-cu ildə karyerasını başa vurub.