Donetsk "Şaxtyor"u ilə Kiyev "Dinamo"su arasında Ukrayna Super Kuboku uğrunda oyun keçirilib.
Sportnet.az-ın məlumatına görə, Odessadakı "Çernomorets" stadionunda təşkil olunmuş qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə topu 18-ci dəqiqədə Vitali Buyalski vurub.
Bununla da "Dinamo" tarixində 7-ci dəfə Ukrayna Super Kubokunu qazanıb. Bu göstəricidə lider 8 titulu olan "Şaxtyor"dur.
Qeyd edək ki, Donetsk komandası 2017-2018 mövsümündə "qızıl dubl" edib. Kiyevlilər isə hər iki yarışda ikinci yeri tutub.







































































