1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ansi Aqolli: "Çətin oyun olacağını bilirdik"
"Məndə təcrübə var və uzun illər futbolda olmağıma baxmayaraq, duyğulu idim. Albaniya komandasına qarşı ilk dəfə çıxış etdiyim hiss olunurdu".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Ansi Aqolli Albaniya "Kukesi"si ilə heç-heçə etdikləri Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib.
36 yaşlı albaniyalı müdafiəçi rəqibin ildən-ilə böyüyən bir klub olduğunu vurğulayıb: "Kukesi" yaxşı komandadır. Biz bir neçə il əvvəl Avropaya getdik və bunun çətin olduğunu düşündük. Proqnoz düzgün oldu. Çətin oyun olacağını gözləyirdik. Bu gündən etibarən növbəti 90 dəqiqəni daha çox düşünmək məcburiyyətindəyik. Cavab matçına diqqət yetirəcəyik. Futbolda hər şey son dəqiqəyə qədər açıqdır. Təcrübə bunu göstərir".
Qeyd edək ki, avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab görüşü saat 21:00-da başlanacaq.