İtaliya "Yuventus"u İtaliya A Seriyasında 2018-2019 mövsümünün startı ərəfəsində klub atributlarının satışına dair göstəriciləri təqdim edib.
Sportnet.az-ın "Tuttosport"a istinadən məlumatına görə, Turin təmsilçisi çempionatın başlanğıcınadək bütün ilk oyun geyimləri partiyasını satıb. Kriştianu Ronaldunun transferindən sonra isə atribut satışı əhəmiyyətli dərəcədə artıb. İyulun 10-dan indiyədək "Yuve"də Ronaldu soyadlı maykalardan 55 mini alıcı tapıb. Bu da klubun satışdan gəlirinin 6,5 milyon avroya çatdığı anlamına gəlir. Yeni maykaların satışa sentyabrda çıxarılacağı bildirilir.
Qeyd edək ki, "Yuventus" Kriştianu Ronaldunu İspaniya "Real Madrid"indən 112 milyon avroya alıb.