1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Vaqif Cavadov: "İlk turdaca məğlub olmaq heç də xoş deyil"
"Həmişə olduğu kimi, ilk oyun olduqca gərgin keçdi. Mövsümə məğlubiyyətlə başladıq və əlbəttə, komandamız bunu pis qarşıladı".
Sportnet.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Keşlə"nin futbolçusu Vaqif Cavadov Azərbaycan Premyer Liqasının ilk turunda evdə "Sabah"a 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.
29 yaşlı yarımmüdafiəçi bildirib ki, ilk turdaca öz meydanında uduzmaq heç də xoş deyil: "İlk qolu vuran komanda qalib gəldi. Təəssüf ki, biz fərqlənə bilmədik. Hərçənd, bunun üçün imkanlarımız oldu. Deməzdim ki, hazır deyildik. Meydanda buraxdığımız səhvlərin acısını çəkdik".
Premyer Liqada bütün komandaların eyni səviyyədə olduğunu deyən Cavadov ruhdan düşmədiklərini əlavə edib: "Çempionat yenicə başlayıb. Hələ qarşıda çox oyun olacaq. Məşqçilər heyəti səhvlərimizi təhlil edib bizə çatdıracaq. Xal toplamağa başlamaq lazımdır".
Təcrübəli oyunçu komanda və baş məşqçinin hələ indi-indi bir-birinə öyrəşməyə başladığını deyib: "Biz artıq bir aydır ki, bir yerdəyik. Sadəcə, özümüzə inanmalıyıq. Bunu hər bir futbolçu dərk etməlidir".