1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Çelsi"nin futboolçusu rəsmən "Milan"da
İtaliyanın "Milan” klubu İngiltərə təmsilçisi "Çelsi”nin futbolçusu Tyemue Bakayokonu icarəyə götürüb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi 2018/2019 mövsümündə "qara-qırmızı” formanı geyinəcək.
"Sky Italia”nın məlumatına görə, fransalı futbolçunun icarəsi üçün "Çelsi”yə 5 milyon avro ödəniləcək. İtaliyalıların Bakayokonu mövsümün sonunda 35 milyon avroya transfer etmək hüququ var.
Qeyd edək ki, "Çelsi” Tyemue Bakayokonu 2017-ci ilin yayında Fransanın "Monako” klubundan 45 milyon avroya alıb. O, ötən mövsüm 43 oyunda iştirak edib və 3 qol vurmaqla yanaşı, eyni sayda məhsuldar ötürmə verib.