Polşanın "Legiya" klubunun futbolçu Kristian Paskuato karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər.
Sportnet.az İTASportPress-ə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçini qonşu ölkənin bir neçə komandası heyətinə cəlb etmək istəyir. İtaliyalı oyunçunun xidmətində "Ural","Yenisey" və "Krılya Sovetov" maraqlıdır.
Pastuato isə Mosvkada yaşamaq istədiyini bildirib. O, həmyerliyisi Massimo Karreranın rəhbərlik etdiyi "Sparkat" komandasının formasını geyinmək niyyətində olduğunu bəyan edib.
Qeyd edək ki, Kristian Paskuato peşəkar karyerasına İtaliyanın "Yuventus" klubunda başlayıb. O, ötən ay "Qarabağ"a keçməkdən imtina edib.