
Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov kapitan Rəşad Sadıqovu Topaz Premyer Liqasının II turunda "Səbail" ilə səfər matçının iştirak ərizəsinə daxil etməyib.
Sportnet.az-ın məlumata görə, buna səbəb baş məşqçinin 36 yaşlı mərkəz müdafiəçisinə istirahət verməsidir.
Qeyd edək ki, Sadıqov Çempionlar Liqasının III təsnifat mərhələsində Belarus BATE-si ilə oyunlarda buraxılan qollarda (0:1, 1:1) səhvə yol verdiyi üçün azarkeşlərin tənqidi ilə üzləşib.
"Səbail" - "Qarabağ" görüşü saat 18:30-da start götürüb.