1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Nazim Süleymanov: "O, hələ tam hazır deyil"
"Milli komandaların oyunları ilə əlaqədar fasilədən yoldaşlıq görüşləri keçirmək üçün yararlanırıq. Bu gün plan üzrə yükləmə idi. Çalışdıq ki, çempionatda oynamayanlara da belə bir imkan yaradaq və biz də onları iş başında görək".
Bunu Sportnet.az-a açıqlamasında "Sumqayıt"ın baş məşqçisi Nazim Süleymanov səfərdə "Sabah"a 2:1 hesabı ilə qalib gəldikləri yoxlama matçından sonra deyib. 53 yaşlı mütəxəssis oyunun maraqlı və gərgin alındığını bildirib: "İlk yarıda çempionatda oynamayan və ya az oynayanlara üstünlük verdik. İkinci hissədə isə müəyyən dəyişikliklər etdik. Görüş pis alınmadı. Hətta zədələnənlər də oldu. Bəlkə də bu oyun çempionat qarşılaşmasından fərqlənmədi. Bəzi futbolçuları müəyyən mövqelərdə yoxladıq".
Yeni hücumçu Atilla Yıldırımın hələ tam formada olmadığını vurğulayan Süleymanov "Özünüz də gördünüz ki, çatdıra bilmədi. Öz üzərində işləməli, çalışmalıdır. İlk yarıda iki yaxşı imkan yarandı. Lakin Atilla istifadə edə bilmədi. Bununla belə, onda hücumçuya xas keyfiyyətlər var. Güc futboluna üstünlük verir, texnikası da pis deyil. Qol vurduğumuz epizodunda da iştirak etdi, yaxşı ötürmə verdi. Hələ tam hazır olmadığından, müəyyən zamana ehtiyacı var" deyib.
Qeyd edək ki, "Sumqayıt" Topaz Premyer Liqası matçında da "Sabah"a səfərdə qalib gəlib - 4:1.