Ümumdünya Antidopinq Agentliyi (WADA) Rusiya millisinin və İspaniya "Valensiya"sının futbolçusu Denis Çerışev barəsində araşdırma aparır.
Sportnet.az "Championat.com” saytına istinadən xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətindən məlumat verilib.
Məsələ ilə İspaniya Antidopinq Agentliyinin məşğul olduğu bildirilir.
Xatırladaq ki, Denis Çerışevin Rusiyada keçirilən dünya çempionatında qadağan olunmuş maddədən istifadə etdiyi iddia olunur.