"Səfərdə 1:1 oynadıq. Nəticədən narazıyıq. Əslində, heç nədən razı deyilik".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev UEFA Millətlər Liqasında Malta yığmasıyla səfərdə 1:1 hesablı heç-heç etdikləri matçdan sonra "Report"a açıqlamasında bildirib.
İkinci hissədə meydana çıxan gənc hücumçu qol vurmaq istəyinin böyük olduğunu söyləyib: "Baş məşqçi məni meydana buraxanda qol vurmaq tapşırığını vermişdi. Buna köklənmişdim, ancaq alınmadı. Kosovo qalib gəldi, biz də qalib gəlməliyik. Ümid edirəm ki, növbəti matçda buna nail olacağıq".