
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının IV turuda "Səbail"lə qarşılaşmada 4 futbolçusunun sarı vərəqə alması ilə əlaqədar "Zirə"yə 800 manat cərimə kəsilib.
Bundan başqa matçın nəticəsi "Zirə”nin limiti pozması səbəbindən ləğv olunub və kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Turnirin reqlamentinə əsasən, protokola 1998-ci il və ya daha gənc təvəllüdlü futbolçu daxil edilməli idi. "Zirə” isə protokola 1998-ci il və ya daha gənc təvəllüdlü futbolçu qeyd etməyib.
Qeyd edək ki, "Səbail" - "Zirə" matçı 1:1 hesabı ilə başa çatmışdı.