Hadisə vaxtı maşında yalnız sürücü olub. Hazırda qəzanın səbəbləri araşdırılır.
Qeyd edək ki, Daysuke Oku Yaponiya milli komandasında 1998 - 2004-cü illərdə çıxış edib. O, yığmada 26 oyuna 2 qol vurub. Oku 3 dəfə Yaponiya çempionu, 1 dəfə Asiya Çempionlar Liqasının qalibi olub və 2008-ci ildə futbolçu karyerasını başa vurub. 2013-cü ilin iyununda isə sabiq futbolçu həyat yoldaşını ölümlə hədələməkdə şübhəli bilinərək, saxlanılıb. Lakin prokurorluq ittiham irəli sürməkdən imtina edib.