"Oyuna yaxşı başladıq, 10-15 dəqiqə yaxşı çıxış etdik, Sonradan bilmirəm hansı səbəbdən top itirməyə başladıq. Nəticədə uğursuz qol buraxdıq. Ardından oyunumuz istədiimiz kimi heç olmadı. Rəqib layiqli qələbə qazandı".
Sportnet.az xəbər verir ki, bunu "Qəbələ"nin futbolçusu Voyislav Stankoviç səfərdə "Qarabağ"a 1:4 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının V tur matçından sonra deyib. Serbiyalı müdafiəçi digər sualları da cavablandırıb...
- Sizdə döyüşkən heyət idi, "Qarabağ"da isə ehtiyat. Belə səviyyə fərqi olduğu halda, böyük hesabla uduzmaq üzücü deyil?
- Bunu deyə bilmərəm ki, üzücü idi, ya yox. Bilirik ki. "Qarabağ" güclü komandadır, yaxşı heyəti var. Həm start "11-liy"ində, həm də ehtiyat oyunçular skamyasında olanlar səviyyəli futbolçulardır. Bu gün bəxtimiz gətirmədi - onlar 4 qol vurdu, biz 1.
- İlk hissədə Araz Abdullayevlə insidentin oldun. aqressiv idin. Nə baş verdi?
- Heç nə. Bir dəfə oyun epzodunda oldu. O da topa oynadı, mən də. Bu zaman bir az əl-qol atdıq. Ancaq hər şey meydana qaldı.
- "Qəbələ" 5 turdan sonra autsayderlər qrupundadır. Bundan sonra nə olacaq?
- Bilmirəm. Mövsümə istədiyimiz kimi başlamadıq. Komandamıza çoxlu yeni futbolçu gəlib, köhnələr gedib. İstədiyimiz kimi oynamırıq. Baxaq görək necə olacaq.
- Yaxşılaşma olacaqmı? Bu, oyununuzda görünmür....
- Bunun üzərində işləyirik. Çalışacağıq ki, oyunumuzu yaxşılaşdıraq. İndi alınmır. Ancaq fikrimcə, növbəti matçda yaxşı oynayacağıq və inanıram ki, qalib gələcəyik.
- Belə söz-səhbətlər gəzir ki, komandada bəzi futbolçular baş məşqçi Sənan Qurbanou istəmirlər. Uğursuzluq bəlkə buna görədi?
- Yox, bu doğru məlumat deyil.
- Bəs özün Sənan Qurbanovdan razısan?
- Mən futbolçuyam və baş məşqçi haqda bir şey deyə bilmərəm. Baş məşqçi işini görür. Mənə hansı tapşırğı versə, bir futbolçu kimi meydanda onu yerinə yetirəcəyəm. Bu, mənim işimdir.