
"Qarabağ" klubunun sabiq futbolçusu Reynaldo Silva klubun bazasını ziyarət edib.
Sportnet.az xəbər verir ki, braziliyalı hücümçu Millətlər Liqasının oyunları ilə əlaqədar çempionatlarda yaranmış fasilədən istifadə edərək Bakıya gəlib.
Qeyd edək ki, Reynaldo 2013-2016-cı illər ərzində "Qarabağ"da çıxış edib. O, 2013/14 mövsümündə vurduğu 22 qolla Azərbaycan çempionatının bombardiri olub.